Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.11.2021 17:28
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun Elmi şurasının iclası keçirilib

Neft və Qaz İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın Neft və Qaz İnstitutunun Elmi şurasının iclası keçirilib.

İnstitutun baş direktoru, akademik Fəxrəddin Qədirov iclası açaraq gündəlikdəki məsələlər barədə məlumat verib.

Tədbirdə Neft və Qaz İnstitutunun elmi struktur bölmələrinin 2021-ci ildə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatları dinlənilib. Müasir qazmanın nəzəri və tətbiqi problemləri şöbəsinin hesabatını AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev, Lay sistemlərinin hidroqazdinamikası şöbəsinin hesabatını AMEA-nın müxbir üzvü Qərib Calalov, Laydaxili dinamiki proseslərin ədədi modelləşdirilməsi şöbəsinin hesabatını t.e.d. Mahir Rəsulov təqdim ediblər. Hesabatlarda institutun elmi-tematik planına uyğun olaraq şöbələrdə yerinə yetirilən elmi işlərin nəticələri, kadr hazırlığı, əməkdaşların dərc edilmiş elmi əsərləri, elmi tədbirlərdə iştirakı və təltifləri haqqında məlumat öz əksini tapıb. Hesabatlar ətrafında müzakirələr aparılıb və tövsiyələr verilib.

Daha sonra Təhsil şöbəsinin müdiri Arif Hüseynov magistratura, doktorantura və dissertantura üzrə kadr hazırlığının vəziyyəti haqqında məlumatı diqqətə çatdırıb.

İclasın sonunda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: