Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.11.2021 17:44
  • A-
  • A
  • A+

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun YAP ərazi təşkilatı hesabat verib

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun YAP ərazi təşkilatı hesabat verib

Yeni Azərbaycan Partiyasının AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun ərazi təşkilatının illik hesabat iclası keçirilib. İclasda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və təşkilatın baş məsləhətçisi Elnarə Mustafayeva da iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İclası giriş sözü ilə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev açaraq əməkdaşları Zəfər Günü və YAP-ın yaranmasının 29-cu ildönümü münasibətilə təbrik edib.

Daha sonra illik hesabat üçün söz YAP AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun ərazi partiya təşkilatının sədr müavini, müəssisənin baş direktorunun ümumi işlər üzrə müavini Malik Əliyevə verilib.

M.Əliyev məruzəsində ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyasının keçdiyi şanlı yoldan, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman ordumuzun 44 gün ərzində Vətən müharibəsində düşmən üzərində qazandığı qələbədə və milli birliyin təmin edilməsində YAP-ın rolundan söz açıb. O bildirib ki, sədr müavini olduğu YAP ərazi təşkilatının 2014-cü ilə qədər cəmi 7 nəfər üzvü var idisə, hazırda partiya üzvlərinin sayı 57 nəfərdir. Malik Əliyev partiya üzvlərinin ictimai tədbirlərdə fəallığının yüksək olduğunu da vurğulayıb.    

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev seçkilərdə, həmçinin müxtəlif ictimai-mədəni tədbirlərdə partiyanın ərazi təşkilatı üzvlərinin daim aktiv fəaliyyətinin şahidi olduğunu deyib.

Yekdil rəylə YAP AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun ərazi təşkilatının sədr müavini Malik Əliyevin hesabat məruzəsi qənaətbəxş hesab olunub.

Daha sonra partiya sıralarına qəbul məsələsinə baxılıb. YAP-a üzv olmaq üçün ilk təşkilata ərizələri ilə müraciət edən namizədlər iclasa dəvət edilib. Bəxtiyar Nəbiyev namizədlərə tövsiyələrini verib, onları partiyaya qəbul edilmələri münasibətilə təbrik edib.

İclasda çıxış edən Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, professor Əsədulla Cəfərov Qarabağın azad edilməsi ilə nəticələnən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı müdrik siyasətin incəlikləri və YAP-ın xalqın bütövləşməsində təşkilatlandırıcı funksiyası haqqında danışıb.

Daha sonra təşkilati məsələlər müzakirəyə çıxarılıb. Yekdil səslə müəssisənin YAP ərazi partiya təşkilatının sədri vəzifəsinə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov, sədr müavini vəzifəsinə isə  qurumun baş direktorunun ümumi işlər üzrə müavini Malik Əliyev seçiliblər.

Tədbirdə çıxış edən professor Abbas Seyidov göstərilən etimada görə təşəkkürünü bildirib, YAP-ın 29 il öncə yaranması, formalaşması prosesinin və ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin təşəkkül tapmasının şahidi kimi xatirələrini bölüşüb. “Partiyanın qərarlarının, tövsiyə və tapşırıqlarının yerinə yetirilməsi hər bir partiya üzvünün borcudur”, - deyə professor Abbas Seyidov vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: