AMEA-nın Geologiya və Geofizika İnstitutu (GGİ) ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) əməkdaşları arasında görüş keçirilib.
GGİ-nin Seysmologiya, geomaqnetizm və petrofizika şöbəsinin müdiri v.i.e., y.e.d., dosent Qulam Babayev, g-m.e.ü.f.d. Zöhrab Novruzov, şöbənin doktorantları İmran Muradi, Yaşar Əliyev, UFAZ-ın professorları Alessiya Maggi, Klara Kodri və magistrant Kamal Bayramovun iştirak etdiyi görüşdə əməkdaşlıq və birgə elmi işlərin aparılması imkanları müzakirə olunub.
Q.Babayev rəhbərlik etdiyi şöbənin fəaliyyəti haqqında məlumat verərək UFAZ-la əməkdaşlığın əhəmiyyətindən danışıb.
Qonaqlar da öz növbəsində iki qurum arasında birgə elmi-tədqiqat işləri və informasiya mübadiləsinin aparılmasının, tələbələrin elmi işlərə cəlb olunması və onlarda praktiki vərdişlərin formalaşdırılmasının, bu sahədə ikitərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Həmçinin əməkdaşlığın əsas istiqamətlərinin tərəflər arasında imzalanacaq memorandumda nəzərdə tutulacağı bildirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.