BMT-nin Avropa İqtisadi Komissiyasının beynəlxalq ekspertlər komandası AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda (GEİ) olublar.
Beynəlxalq ekspertlər komandası Azərbaycan Respublikası üçün növbəti hesabata daxil edilmək üçün GEİ-nin 10 ildə əldə etdiyi naiyyətlərə dair məlumatları toplayıb. İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov rəhbərlik etdiyi elmi müəssisənin ayrı-ayrı fəaliyyət sahələri ilə bağlı beynəlxalq ekspertlər komandasını məlumatlandırıb. Alim Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi - Tədqiqat Bazasının işğal dövründə tamamilə məhv edildiyini qonaqların diqqətinə çatdırıb. Bununla belə, institut torpaqlarının işğal altında olmağına baxmayaraq, işğal altında olmayan rayon ərazilərində tədqiqatlarının aparılmasını davam etdirib, öz yeni taxıl sortlarını yaradıb ki, cari ildə yeni yaradılmış buğda sortlarının ilk səpini aparılıb.
Görüşdə institutun elmi işlər üzrə direktor müavini, b.ü.f.d. Mehrac Abbasov, baş menecer, b.ü.f.d. Rafail Mahmudov, Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, b.ü.f.d. Vəli Qarayev iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.