Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.11.2021 10:44
  • A-
  • A
  • A+

BMT-nin Avropa İqtisadi Komissiyasının üzvləri Mikrobiologiya İnstitutunda olublar

BMT-nin Avropa İqtisadi Komissiyasının üzvləri Mikrobiologiya İnstitutunda olublar

BMT-nin Avropa İqtisadi Komissiyasının beynəlxalq ekspertləri AMEA-nın Mikrobiologiya  İnstitutunda olublar.

“Ətraf mühit üzrə fəaliyyətin icmalı hesabatı” çərçivəsində BMT-nin eksperti Karin Fueri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Anar Tağıyev və Mikrobiologiya  İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov ilə görüşüb.

Görüşün əsas məqsədi - Azərbaycanın su və torpaq ehtiyatlarının monitorinqi ilə bağlı fikir mübadiləsi aparmaq olub. Görüş zamanı yaşanan ekoloji problemlər geniş müzakirə edilib.

Pənah Muradov rəhbərlik etdiyi elmi müəssisənin su və torpaq mikrobiologiyası sahəsində aparılan tədqiqatlarla bağlı Karin Fueriyə məlumatlar verib, su və torpaq ehtiyatlarının monitorinqinin mikrobioloji aspektlərinin zəruriliyini əsaslandırıb.

Karin Füeri  mövcud problemlərinin həlli ilə əlaqədar olaraq institutun beynəlxalq layihələrdə iştirakını vacib hesab etdiyini qeyd edib və birgə əməkdaşlığının böyük səmərə verəcəyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: