AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alimlər və Mütəxəssislər Şurasının növbət iclası keçirilib.
Tədbiri giriş sözü ilə institutun Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev açıb. F.Mustafayev qeyd edib ki, Azərbaycanda müasir gənclər siyasəti ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə başlayıb: “Həmin il Gənclər və İdman Nazirliyinin yaradılması olduqca əlamətdar hadisə idi. Bu gün də Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev bu siyasəti çox uğurla, yüksək səviyyədə davam etdirir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində əsasən son 18 ildə yetişən gənclər iştirak edib”.
Tədbirdə daha sonra qeyd edilib ki, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2. bəndinə əsasən, gənclər təşkilatları üzvlərinin həmin təşkilatlarda üzvlüyünə onların 35 yaşı tamam olduğu andan xitam verilməlidir. Bu qərarı rəhbər tutaraq Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alimlər və Mütəxəssislər Şurasının yeni tərkibi açıq seçki vasitəsi ilə müəyyənlənləşdirilib.
Açıq səsvermə yolu ilə müəssisənin gənc əməkdaşlarından Tərlan Yelmarlı sədr, Nərmin Şərifova sədr müavini və Səbinə Tağıyeva elmi katib seçilib. Şuranın yeni sədri Tərlan Yelmarlı ona göstərilən etimada görə tədbir iştirakçılarına minnətdarlığını bildirib.
Sonda üzvlər şuranın gələcək fəaliyyəti ilə bağlı təklif və tövsiyələrini veriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.