Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

22.11.2021 14:26
  • A-
  • A
  • A+

Biofizika İnstitutunda magistrantlarla növbəti görüş keçirilib

Biofizika İnstitutunda magistrantlarla növbəti görüş keçirilib

AMEA-nın Biofizika İnstitutunda 2021/2022-ci tədris ilində “Biofizika” ixtisası üzrə qəbul olunmuş I kurs magistrantlarla görüş keçirilib.

Məqsəd təlim-tədris prosesinin effektivliyinin, eləcə də magistrantlar tərəfindən biliklərin mənimsənilmə səviyyəsinin öyrənilməsi olub.

Görüşdə institutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov, icraçı direktoru, b.ü.e.d. Kərim Qasımov, elmi katibi, b.ü.f.d., dosent Florida Mehrəliyeva, Təhsil və beynəlxalq əlaqələr şöbəsinin müdiri, a.ü.f.d. Həmayıl Adıgözəlzadə və qurumun magistrantları iştirak ediblər.

İclası giriş sözü ilə O.Qasımov açaraq, magistrantlarla bu istiqamətdə mütəmadi görüşlərin keçirilməsinin zəruriliyini qeyd edib. Tələbələri institutun rəhbər və müəllim heyəti ilə fəal əməkdaşlığa dəvət edən O.Qasımov gəncləri elmi müəssisədə yaradılan əlverişli təhsil mühitinin imkanlarından maksimum yararlanmağa, dərslərdə fəal olmağa, xarici dil biliklərinə yiyələnməyə, ictimai həyatda fəallıq göstərməyə səsləyib.

Sonda magistrantlarla keçdikləri mövzular üzrə müzakirələr aparılıb, təqdim edilən suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: