Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.11.2021 11:28
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

AMEA-nın Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Onlayn formatda təşkil olunan iclası institutun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov açaraq gündəlikdəki məsələlərlə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.

Yığıncaqda institutun Tətbiqi Zoologiya Mərkəzinin müdiri, biologiya elmləri üzrə fəlsəfə doktoru Barat Əhmədov cari ildə mərkəzin əməkdaşları tərəfindən aparılan elmi-tədqiqat işləri, əməkdaşlar tərəfindən təşkil olunan ekspedisiyalar və iştirak edilən elmi konfranslar haqqında danışaraq, yeni hazırlanan kadr potensialı haqqında ətraflı məlumat verib. Sonra Hidrobiologiya laboratoriyasının müdiri, biologiya elmləri üzrə fəlsəfə doktoru Adil Əliyev hesabat ilində laboratoriyada 2 mövzuya aid 6 iş üzrə tədqiqatlara başlanıldığını qeyd edib. İclasda, həmçinin Paleozoologiya laboratoriyasının müdiri vəzifəsini icra edən, biologiya elmləri üzrə fəlsəfə doktoru Könül Tapdıqova lV dövr Binəqədi flora və fauna təbiət abidəsində aparılan tədqiqat işi haqqında danışaraq, qazıntı halında aşkar edilmiş materialların necə təyin olunması barədə məruzə edib.

İclasın sonunda şura üzvlərini maraqlandıran suallar məruzəçilər tərəfindən cavablandırılıb və təqdim olunan hesabatlar qənaətbəxş hesab olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: