Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.11.2021 12:21
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Musa Qasımlı Gürcüstanda beynəlxalq simpoziumda çıxış edib

AMEA-nın müxbir üzvü Musa Qasımlı Gürcüstanda beynəlxalq simpoziumda çıxış edib

Gürcüstanın paytaxtı Tbilisidə Suxumi Dövlət Universiteti, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu və Türk Tarix Qurumunun birgə təşkilatçılığı ilə “XX əsrdə türk-gürcü münasibətləri” mövzusunda beynəlxalq elmi simpozium keçirilib.

Türkiyə və Gürcüstanın görkəmli tarixçilərinin, dövlət rəsmilərinin, universitet rektorlarının qatıldığı tədbirin panel iclasında Qafqazşünaslq İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı “Moskva və Qars müqavilələrinin Cənubi Qafqaza təsiri” mövzusunda məruzə ilə çıxış edib.

M.Qasımlı, həmçinin Suxumi Dövlət Universitetinin rektoru, professor Zurab Xonelidzeyə kitab hədiyyə edib. Bundan əlavə, Gürcüstandakı səfirliyimizin sözügedən universitetdə açdığı “Azərbaycanın dostları klubu” auditoriyası ilə tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: