Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.12.2021 10:24
  • A-
  • A
  • A+

Elm Tarixi İnstitutunun əməkdaşları Laçının işğaldan azad edilməsini şəhid və qazi ailələri ilə birlikdə qeyd ediblər

Elm Tarixi İnstitutunun əməkdaşları Laçının işğaldan azad edilməsini şəhid və qazi ailələri ilə birlikdə qeyd ediblər

AMEA-nın Elm Tarixi İnstitutu (ETİ) Laçın rayonunun işğaldan azad edilməsinin ildönümü münasibətilə tədbir keçirib.

İnstitutun Həmkarlar Komitəsinin sədri Aynur Nəzərova və üzvləri Aynurə Kərimova, Röya Mirzəbəyova, Solmaz Namazovanın təşəbbüsü ilə keçirilən tədbirdə AMEA Azad Həmkarlar İttifaqının aparat rəhbəri Şəhla Əmirova, şəhid və qazi ailələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Aynur Nəzərova qazanılan böyük zəfərdə şəhidlərimizin əvəzedilməz rolundan danışıb. A.Nəzərova bildirib ki, onlar Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəyib qəhrəmanlıq nümunəsi yaratdılar, milyonlarla insanın sevgisini, rəğbətini qazandılar.

Sonra şəhid Elçin Bağırovun atası Yunus Bağırov oğlunun şərəfli həyat yolundan və döyüş xatirələrindən danışıb. Elçin Bağırovun hələ uşaqlıq illərindən vətənə xüsusi bağlılığı, imanı və əxlaqı ilə fərqləndiyini deyən Y.Bağırov onun şəhidlik məqamına ucalmasının təsadüfi olmadığını bildirib.

Tədbirdə qonaq qismində iştirak edən Birinci Qarabağ müharibəsinin qazisi Şakir Albalıyev ağır, məşəqqətli, lakin şərəfli döyüş yolundan danışıb, müharibə təəssüratlarını bölüşüb.

Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev, Elm tarixinin nəzəri və metodoloji şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru  Bayram Quliyev, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülşən Məmmədoğlu, kiçik elmi işçi Elxan Quliyev və digərləri çıxış edərək şəhidlik məqamının əzəmətindən danışıblar.  Qeyd olunub ki, məhz onların canları, qanları hesabına Azərbaycanın əzəli torpaqları bərpa edilib və xalqımız vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini həmişə qürurla yad edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: