Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.12.2021 15:19
  • A-
  • A
  • A+

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib

Əlcəzair Respublikasında Konrad Adenauer Fondunun dəstəyi ilə “Qadın və qanunvericilik” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib.

Tədbirdə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Xarici əlaqələr şöbəsinin müdiri, dosent Zöhrə Əliyeva “Azərbaycanda qadın hərəkatına qısa tarixi baxış” mövzusunda məruzə ilə çıxış edib.

Zöhrə Əliyeva öz çıxışında 1979-cu ildə BMT Baş Assambleyası tərəfindən qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına dair qəbul edilmiş Konvensiyaya xüsusi diqqət yetirib. O qeyd edib ki, konvensiyanın əsas müddəaları Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilib, eyni zamanda o, konfrans iştirakçılarına 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə ölkəmizdə “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin” yaradılması barədə məlumat verib.

Daha sonra konfransda mövzu ilə bağlı geniş müzakirələr aparılıb.

Qeyd edək ki, Almaniyanın Konrad Adenauer Fondu (KAS) sözügedən ölkənin ilk federal kansleri Konrad Adenauerin adını daşıyır. Dünyanın 120 ölkəsində təmsil olunan KAS milli və beynəlxalq müstəvidə sülhü, azadlığı, demokratiya və ədaləti dəstəkləyir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: