Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Əlyazmalar  yanmır” jurnalının növbəti sayı ingilis dilində çap olunub
06.12.2021 11:12
  • A-
  • A
  • A+

“Əlyazmalar yanmır” jurnalının növbəti sayı ingilis dilində çap olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Əlyazmalar yanmır” adlı beynəlxalq elmi jurnalının ingilis dilində buraxılışının növbəti sayı işıq üzü görüb.

Jurnalda institutun baş direktoru, akademik Teymur Kərimlinin “Nizami Gəncəvi demokratizmi klassik dünya ədəbiyyatında keyfiyyətcə yeni fenomen kimi”, elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadənin “Nizaminin “Xosrov və Şirin” poemasında at heykəli obrazı və türk dəfn adətləri”, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanovanın “120 il öncə Müsəlman Şərqində ilk qızlar məktəbi”, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin  müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırovun ““Əncümənara” təzkirəsi və onun təqdim etdiyi Azərbaycan şairləri”, Elmi fondlar şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nailə Mustafayevanın “XX əsr Azərbaycan müxəmməslərinin mövzu dairəsi” məqalələri dərc olunub. Eyni zamanda jurnalın bu sayında digər müəlliflərin təsəvvüf fəlsəfəsi və irfan elmi, qədim Şərq təbabəti və cərrahiyyəsi, orta əsrlər və ən yeni dövr Azərbaycan ədəbiyyatı, klassik Şərq poetikası və aşıq yaradıcılığı, müasir Qərb dilləri və başqa mövzularda maraqlı məqalələri də yer alıb.

Qeyd edək ki, “Əlyazmalar yanmır” jurnalı “Publons”, “WorldCat”, “Open J-Gate”, “Scirus” (“Elsevier”), “ScienceGate”, “CiteFactor”, “InfoBase” kimi mühüm beynəlxalq indeksləşdirilmə bazalarına daxil edilib və “IndexCopernicus” beynəlxalq elmmetrik bazasında qeydiyyata alındıqdan sonra yüksək keyfiyyət əmsalı qazanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: