Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

09.12.2021 15:35
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanası beynəlxalq elmi əməkdaşlıq əlaqələrini genişləndirir

Şamaxı Astrofizika Rəsədxanası beynəlxalq elmi əməkdaşlıq əlaqələrini genişləndirir

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) aparıcı alimləri, NASA-nın eksperti, “Şərq-Qərb” elmi mərkəzinin direktoru, ABŞ Merliend Universitetinin professoru, akademik Roald Saqdeev və Astronomiya tədqiqatları mərkəzinin (Bernardo universiteti, Santyaqo, Çili) direktoru professor Elena Popova ilə onlayn görüş keçirilib.

Görüşün əsas məqsədi astrofiziki tədqiqatların müasir inkişaf trendinə uyğun birgə elmi maraqların aydınlaşdırılması, gələcək elmi koopersiyaların yaradılması və kadr hazırlığı məsələlərindən ibarət olub.

Tədbiri ŞAR-ın baş direktoru, AMEA-ın müxbir üzvü Namiq Cəlilov açaraq hazırda nəzəri və eksperimental sahələr üzrə rəsədxanada aparılan elmi tədqiqatlar haqqında ətraflı məlumat verib.

Sonra ŞAR-ın icraçı direktoru professor N.İsmayılov görüş iştirakçılarına rəsədxananın teleskopları, işıq qəbulediciləri və astroiqlimi barədə məlumat verib. Alim, həmçinin rəsədxananın qoşulduğu Beynəlxalq elmi layihələr (GAİA, Grandma, HORİZON 2020) barəsində məlumat verib.

Daha sonra professor Elena Popova Çilidə müasir astronomik tədqiqatlar üçün mövcud imkanları şərh edib. O, bildirib ki, beynəlxalq əməkdaşlıq çərçivəsində birgə astrofiziki tədqiqatların aparılması elmi inkişafa təkan verən başlıca amildir. Bu cür elmi əməkdaşlıqların yaradılmasında isə ilkin olaraq birgə maraq doğuran və aktual sahələrin müəyyənləşdirilməsi vacibdir.

Akademik Roald Saqdeev də öz növbəsində elmi əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayaraq birgə koopersiyaya Pulkovo rəsədxanasının da cəlb olunmasını təklif edib.

Görüşün sonunda əməkdaşlığın aspektlərinin konkretləşdirilməsi və növbəti görüşə Pulkovo rəsədxanasının əməkdaşlarının da cəlb olunması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: