Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.12.2021 16:30
  • A-
  • A
  • A+

“Ulu Öndər Heydər Əliyevin gənclik, təhsil və elm ənənələri” mövzusunda tədbir keçirilib

“Ulu Öndər Heydər Əliyevin gənclik, təhsil və elm ənənələri” mövzusunda tədbir keçirilib

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Ümummilli  Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin gənclik, təhsil və elm ənənələri” adlı tədbir keçirilib.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncağı giriş sözü ilə açan şuranın sədri k.ü.f.d. Elmir Babayev qeyd edib ki, Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda böyük məna yükü daşıyan fenomendir. O, ömrünün 30 ildən çox hissəsini müasir Azərbaycan quruculuğuna həsr edib. H.Əliyev Azərbaycan xalqının yüksək elmi biliyə, savada malik olduğunu və bu dəyərlərin Azərbaycanda yaranmasının müəllim, pedaqoq və alimlərimizin gərgin əməyinin nəticəsi olduğunu bildirib.

Sonra institutun YAP ilk Ərazi partiya təşkilatının sədri Məhiyəddin Hacıyev çıxış edib. M.Hacıyev Heydər Əliyev siyasi kursu, dövlətçilik prinsipləri, gənclər, elm və təhsil siyasəti haqqında fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Məruzəçi Ulu Öndərin gənclərə qarşı diqqət və qayğısından danışıb. Qeyd olunub ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra şuranın idarə heyətinin üzvü Günel Əzimovanın təqdimatında sözügedən mövzuya həsr olunmuş məruzəsi dinlənilib. Məruzəçi çıxışında təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər və elm siyasətindən bəhs edib. Çıxışının sonunda G.Əzimova məruzəsini Heydər Əliyevin “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir” fikirləri ilə tamamlayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: