AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın Pakistan İslam Respublikasının nüfuzlu “Pakistan Sosial Elmlər” jurnalında 2-ci məqaləsi çap olunub.
“Heydər Əliyev siyasi kursunun təntənəsi: Böyük inamın təsdiqi” (“Of Treumph of Heydar Aliyev Political Course: Confirmation Of Great Faith”) sərlövhəli məqalədə Azərbaycanın 30 ilə yaxın bir müddətdə erməni işğalı altında olan torpaqlarının Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlıq mübarizəsi ilə azad edilməsindən, bu zəfərin tarixi yolundan, Ulu Öndər Heydər Əliyevin Dağlıq Qarabağ probleminin həlli üçün böyük səylərindən və Türkiyə və Pakistanın Vətən müharibəsində mənəvi dəstəyindən, bu ölkələrlə davam edən dostluq, əməkdaşlıq əlaqələrindən bəhs olunur.
Qeyd edək ki, bu yazı alimin Pakistanın nüfuzlu elmi jurnallarında dərc olunan 3-cü məqaləsidir. Daha əvvəl onun “Azərbaycan-Pakistan münasibətləri İslam həmrəyliyi və mədəniyyətlərarası dialoq kontekstində” məqaləsi də “Pakistan sosial elmlər” jurnalında dərc olunub. Pakistanın “JASSP” jurnalı isə Xatirə Quliyevanın “Dünya süni intellekt sisteminin inkişafında Lütfi Zadə fenomeni” sərlövhəli məqaləsini 2021-ci ilin altıncı nömrəsində dərc edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.