Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.12.2021 21:07
  • A-
  • A
  • A+

MEK-də şöbələrarası illik hesabat müsabiqəsi keçirilib

MEK-də şöbələrarası illik hesabat müsabiqəsi keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) şöbələrarası 2021-ci ilin hesabat müsabiqəsi keçirilib.

Öncə MEK-in baş direktoru, professor Məmməd Əliyev çıxış edərək müsabiqənin keçirilməsini işin inkişafının artırılması və kitabxana fəaliyyətində daha yüksək nəticələrin əldə edilməsi baxımından yüksək dəyərləndirib. Əməkdaşların fəallıq göstərərək öz işinə müsbət meyillənməsinin sağlam rəqabətə stimul verdiyini bildirən baş direktor çıxışının sonunda müsabiqəyə qatılan şöbələrə uğurlar arzulayıb.

Daha sonra MEK-də fəaliyyət göstərən şöbələr 2021-ci il ərzində gördükləri işləri videoçarx, slayd və yazılı formatda təqdim ediblər. Fəaliyyətini ən yaxşı və doğru-düzgün əks etdirən şöbələr qalib seçilib.

Üç gün davam edən müsabiqənin sonunda münsiflərin qərarı ilə I yerə “Qarabağ müharibəsi qəhrəmanları” fondu, II yerə Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş şöbəsi (MRY), III yerə isə Heydər Əliyev və Azərbaycan dövlətçiliyi, Biblioqrafiya və Komplektləşdirmə  şöbələri layiq görülüblər.

Qeyd edək ki, şöbələr qazandıqları pul mükafatını könüllü olaraq “YAŞAT” Fonduna ianə edəcəklər.

I yerin qalibi olan “Qarabağ müharibəsi qəhrəmanları” fondunun fəaliyyətini əks etdirən videomaterialı buradan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: