Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.12.2021 10:52
  • A-
  • A
  • A+

Akademik Teymur Kərimli Qazaxıstanda Nizamiyə həsr olunan tədbirdə iştirak edib

Akademik Teymur Kərimli Qazaxıstanda Nizamiyə həsr olunan tədbirdə iştirak edib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli Qazaxıstan Respublikasının Nursultan şəhərində ezamiyyətdə olub və TÜRKSOY-un dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar təşkil etdiyi “Nizamini oxuyaq” devizi altında təşkil olunmuş silsilə beynəlxalq tədbirlərdə iştirak edib.

Teymur Kərimli müasir Qazaxıstan Respublikasının Birinci Prezidenti Nursultan Nazarbayev - Elbaşı Kitabxanasının muzeyində TÜRKSOY-un təşkilatçılığı ilə böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami Gəncəvi” art-albomunun təqdimatı mərasiminə qatılıb. Akademik kitabxananın direktoru Bakıtcan Temirbolat, TÜRKSOY-un baş katibi Düsen Kaseinov və Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanovla birgə dahi şairin yaradıcılığına həsr olunmuş sərginin açılışında iştirak edib.

Sərginin açılış mərasimində çıxış edən akademik Teymur Kərimli müasir dövrdə Nizami kimi klassiklərin yaradıcılığına yeni prizmadan baxışın əhəmiyyətini vurğulayıb. Bildirib ki, şairin yaradıcılığı öz dövründə olduğu kimi, üzərindən səkkiz əsr keçsə də, şüurlara təsir göstərir, milli-mənəvi dəyərlərimizə söykəndiyi üçün Azərbaycan xalqının milli özünüdərki və özünəinamının inkişafı baxımından əhəmiyyətli rol oynayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: