Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

İqtisadçı alimlər ölkəmizdə xidmət sektorunun perspektiv inkişaf istiqamətlərini müəyyənləşdiriblər
24.12.2021 13:57
  • A-
  • A
  • A+

İqtisadçı alimlər ölkəmizdə xidmət sektorunun perspektiv inkişaf istiqamətlərini müəyyənləşdiriblər

AMEA-nın İqtisadiyyat İnstitutunun Xidmət sahələrinin inkişafı problemləri şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyevin rəhbəri olduğu bir qrup elmi əməkdaşın həmmüəllifliyi ilə “Beynəlxalq reytinqlərdə xidmət sahələrinin inkişaf göstəriciləri üzrə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri” kitabı çap edilib.

Monoqrafiyanın elmi redaktoru iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev, rəyçisi iqtisad elmləri doktoru, professor Qəzənfər Süleymanovdur.

Bütün dünyada xidmət sektoru digər iqtisadi sahələrlə müqayisədə daha intensiv inkişaf etməkdədir. Ölkə iqtisadiyyatının dinamik inkişafinı nəzərə alaraq xidmət sferasının inkişaf problemlərinin dördüncü sənaye inqilabı kontekstində elmi cəhətdən tədqiq edilməsi, onun iqtisadi münasibətlərə təsirinin ətraflı araşdırılması olduqca aktual məsələlərdəndir. Tərtib olunmuş monoqrafiyada son onillikdə ölkəmizdə və dünyada xidmət sektorunda baş verən tendensiyalar, onlara təsir edən bir sıra amillər təhlil edilib və perspektiv inkişaf istiqamətləri müəyyənləşdirilib.

Aparılan tədqiqatın əsas məqsədi xidmət sahələrinin rəqabət qabiliyyətinin potensial imkanlarının qiymətləndirilməsi, onun inkişafinın davamlılığına səbəb olan əsaslarının müəyyənləşdirilməsidir. Təqdim olunan kollektiv monoqrafiyada əldə olunmuş təklif və tövsiyələr beynəlxalq reytinqlərdə xidmət sahələrinin inkişaf göstəriciləri üzrə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdınlması baxımından əhəmiyyətli hesab olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: