Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

24.12.2021 15:44
  • A-
  • A
  • A+

Özbəkistanlı qonaqlar Milli Azərbaycan Tarixi Muzeyində olublar

Özbəkistanlı qonaqlar Milli Azərbaycan Tarixi Muzeyində olublar

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Özbəkistan Bədii Akademiyasının Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunun əməkdaşları ilə görüş keçirilib.

Görüşdə muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı, muzeyin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov, Bərpa laboratoriyasının müdiri, t.ü.f.d., dosent Afət Rüstəmbəyova, elmi işçi Sahibə Ələkbərova və Özbəkistan Bədii Akademiyasının Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunun əməkdaşları – t.e.d., dosent Munisə Muxammedova və baş müəllim Şaxnoz Kasimova iştirak ediblər.

Görüş zamanı Milli Azərbaycan Tarixi Muzeyi ilə Özbəkistanın muzey, elm və mədəniyyət mərkəzləri arasında uzunmüddətli sıx əməkdaşlığı, həm Azərbaycan, həm də Özbəkistan tarixini və mədəniyyətini əks etdirən birgə layihələr haqqında söhbət aparılıb.

Daha sonra Milli Azərbaycan Tarixi Muzeyi və Özbəkistan Milli Elmlər Akademiyasının Dövlət Tarix Muzeyi arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumda keçiriləcək yeni layihələr, elmi tədbirlər və birgə sərgilərin təşkili, elmi tədqiqatların aparılması və s. məsələlər öz əksini tapıb.

Özbəkistanlı qonaqlar muzeydə nümayiş edilən “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərgi ilə də tanış olublar.

Sonda qonaqlara muzeyin 100 illiyinə həsr olunmuş nəfis tərtibatlı nəşrlər təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: