Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan toxuculuq nümunələrinə dair yeni monoqrafiya çapdan çıxıb
27.12.2021 17:12
  • A-
  • A
  • A+

Azərbaycan toxuculuq nümunələrinə dair yeni monoqrafiya çapdan çıxıb

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, t.ü.f.d. Sevinc Nəsirovanın “Azərbaycan toxuculuq nümunələrindəki naxışların semantikası (Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası əsasında tarixi-etnoqrafik tədqiqat)” adlı monoqrafiyası nəşr olunub.

Kitabda Azərbaycan xalqının qədim dünyagörüşü, onun məşğuliyyət sahələrinin və dini inanclarının toxuculuq məmulatları üzərində naxış və təsvirlər şəklində maddiləşmiş elementləri araşdırılıb.

Əsərdə muzeyin Etnoqrafiya fondunda mühafizə olunan toxuculuq məmulatları üzərindəki bir çox naxış və təsvirin semantikası araşdırılaraq ətraflı açıqlaması verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: