Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Qafqazşünaslıq İnstitutunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub
28.12.2021 17:28
  • A-
  • A
  • A+

Qafqazşünaslıq İnstitutunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

AMEA-nın Qafqazşünaslıq İnstitutunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan dəyirmi masa keçirilib.

Tədbiri institutun baş direktoru, AMEA-nın müxbir üzvü  Musa Qasımlı açaraq, Ulu Öndər Heydər Əliyevin dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsində, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsində əvəzsiz rolundan bəhs edib.

İnstitutun elmi işlər üzrə direktor müavini, s.e.d., dosent Ramilə Dadaşova, elmi katibi, dosent Südabə Hüseynova, şöbə müdirləri t.e.d. Qasım Hacıyev, f.ü.f.d., dosent Vahid Ömərov, i.e.ü.f.d., dosent Liliya Mirzəzadə, t.ü.f.d., dosent Elnur Kəlbizadə, YAP ərazi təşkilatının sədri Şərqiyyə İmaməli, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay Feyziyeva, Həmkarlar Təşkilatının sədri Yeganə Baxşıyeva Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən Dünya Azərbaycanlılarının Qurultaylarından, İkinci Qarabağ müharibəsi dövründə dünya azərbaycanlılarının  Prezident İlham Əliyevin, Azərbaycan dövlətinin ətrafında sıx birləşməsindən bəhs ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: