Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.01.2022 15:04
  • A-
  • A
  • A+

“Türkologiya” jurnalının yeni redaksiya heyəti təsdiq edilib

“Türkologiya” jurnalının yeni redaksiya heyəti təsdiq edilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Elmi şuranın onlayn iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan elmi müəssisənin baş direktoru, professor Nadir Məmmədli Dilçilik İnstitutunun nəzdində fəaliyyət göstərən “Türkologiya” jurnalının redaksiya heyətinin təsdiq edilməsi məsələsini diqqətə çatdırıb. Nadir Məmmədli jurnalın türk dünyasının köklü və nüfuzlu elmi nəşrlərindən biri olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, 1970-1987-ci illərdə akademik Məmmədağa Şirəliyev, 1987-1993-ci illərdə SSRİ EA-nın  müxbir üzvü  Əthəm Tenişev, 1993-2015-ci illərdə akademik Ağamusa Axundov, 2015-ci ildə akademik Tofiq Hacıyev, 2016-cı ildən 2022-ci ilə qədər akademik Kamal Abdulla “Türkologiya” jurnalının baş redaktorları olub.

Nadir Məmmədli bildirib ki, hal-hazırda jurnal mütəmadi şəkildə ildə iki say olmaqla Azərbaycan, türk, rus və ingilis dillərində məqalə çapını həyata keçirir. “Türkologiya” jurnalı türkologiyanı təkcə türkoloqlar üçün deyil, bütün elm sahələrinin nümayəndələri üçün maraqlı və oxunaqlı etməyi qarşısına məqsəd qoyub.

Sonra Elmi şuranın qərarı ilə professor Nadir Məmmədli “Türkologiya” jurnalının  baş redaktoru, filologiya elmləri doktoru Mayıl Əsgərov baş redaktorun müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aysel Qəribli məsul katib kimi təsdiq olunub.

Akademiklər İsa Həbibbəyli, Rafael Hüseynov, Gövhər Baxşəliyeva, Möhsün Nağısoylu, Nizami Cəfərov, professorlar Rüfət Rüstəmov, Mahirə Hüseynova, Qəzənfər Kazımov, İsmayıl Kazımov, filologiya elmləri doktorları İlhami Cəfərsoy, Zemfira Əliyeva və başqaları redaksiya heyətinin tərkibinə daxil olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: