Son günlərdə müxtəlif sosial şəbəkələrdə “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə (yenidən işlənmiş 7-ci nəşr) hörümçək sözünün verilməməsi etirazla qarşılanıb, bu, texniki qüsur kimi qəbul olunmalıdır. Akademik İsa Həbibbəyli lüğətin nə tərtibçisi, nə redaktoru, nə də rəyçisidir. Onun adının hallandırılması məqsədli xarakter daşıyır.
Xatırladaq ki, lüğətin elmi redaktoru akademik Möhsün Nağısoylu, məsul redaktorları filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli, filologiya elmləri doktoru Nəriman Seyidəliyev, rəyçiləri filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qəzənfər Kazımov, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Əhmədova və mərhum professor Buludxan Xəlilovdur.
Qeyd edək ki, adıçəkilən lüğətin “H” hərfi üzrə sözlərinin tərtibçisi filologiya üzrə fəlsəfə doktoru Fidan Salayevadır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.