Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Fiziologiya İnstitutunun Elmi şurasının iclası keçirilib
18.01.2022 16:54
  • A-
  • A
  • A+

Fiziologiya İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib.

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Elmi Şurasının 2022-ci ildə ilk iclası keçirilib.

Onlayn formatda baş tutan iclası institutun icraçı direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev açaraq, şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib.

AMEA Rəyasət Heyəti tərəfindən təsdiq olunmuş 2021-2025-ci illərdə AMEA-da aparılacaq elmi tədqiqat mövzu planı çərçivəsində 2022-ci ildə institutda yerinə yetiriləcək elmi tədqiqat işlərinin əhatəli planı geniş müzakirə edilib və yekdilliklə qəbul olunub. Sonra Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (Dubna, RF) direktoru akademik Q.V.Trubnikovun AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimova ünvanladığı məktubun məzmunu şura üzvlərinin diqqətinə çatdırılıb və təklif olunan birgə məqsədli kadr hazırlığı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda institutda çalışan işçilərin attestasiyanın keçirilməsi, biologiya üzrə fəlsəfə doktoru Şövqi Hüseynovun ABŞ-ın Buffalo Universitetində elmi ezamiyyət müddətinin uzadılması haqqında məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: