Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.01.2022 18:22
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər

Tarixin həm kədər, həm də qürur səhifəsi olan 20 Yanvar faciəsindən 32 il ötür.

Xalqımızın mərd oğul və qızları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qanları ilə Azərbaycanın yeni tarixi yazdılar.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Veteranlar Şurasının sədri AMEA-nın müxbir üzvü, b.ü.e.d İbrahim Əzizov, Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri, həmçinin bir qrup əməkdaşları 20 Yanvar Ümumxalq Hüzn Gününün 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər. Faciə nəticəsində həlak olmuş şəhidlər yad edilib, məzarlarına qərənfillər düzülüb.

Azərbaycan xalqının əzm və iradəsinin sübutu olmuş 20 Yanvar hadisəsi yaddaşlardan heç zaman silinməyəcək, şəhidlərimiz hər zaman qürür və hörmətlə anılacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: