Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.07.2024 09:25
  • A-
  • A
  • A+

Türkiyəli alimlər və iş adamları Gəncədə olublar

Türkiyəli alimlər və iş adamları Gəncədə olublar

Türkiyənin Kırıkkale Universitetinin professoru Şahin Ahmetoğlu, Çorum Hitit Universitetinin professoru Mehmet Azimli, Ankara Yıldırım Bəyazid Universitetinin professoru Fatih Erkoçoğlu və Kırıkkale Universitetindən dosent Adem Yıldırımın birgə təşəbbüsü ilə professor-müəllim heyəti və iş adamlarından ibarət bir qrup heyət Gəncə şəhərinə səfər edib.

Qonaqlarla görüşdə AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, Gəncə Dövlət Mədəniyyət Qoruğunun əməkdaşı Vüsal Alıyev, Nizami Gəncəvi Muzeyinin əməkdaşları iştirak ediblər.

Görüşdə Əlimuxtar Muxtarov dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığından, tarixin bütün dövrlərində xalqın Nizami irsinə olan sonsuz məhəbbətindən danışıb. O, həmçinin Nizami Gəncəvi Məqbərə Kompleksinin tarixindən və bu günündən, Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş Nizami Gəncəvi Muzeyindən və burada dünyanın müxtəlif ölkələrindən gətirilən Nizami Gəncəvi əlyazmalarının nüsxələrindən geniş söhbət açıb.

Səfər çərçivəsində qonaqlar İkinci Qarabağ müharibəsində ermənilərin raket zərbələri ilə Gəncə şəhərində dağıtdıqları ərazini, Gəncə şəhərinin Heydər Əliyev Meydanını, Şah Abbas Cümə Məscidini, Cavad xan Türbəsini, Qafqaz İslam Ordusunun Azərbaycandakı ilk şəhidlərinə ucaldılmış abidəni, Xan bağını, Cümhuriyyət binasını, İmamzadə Dini Kompleksini də ziyarət ediblər.

AzərTac

  • Paylaş: