Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.07.2024 11:04
  • A-
  • A
  • A+

Türkiyə Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya Nizami Muzeyində olub

Türkiyə Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya Nizami Muzeyində olub

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Kadir Özkayanın başçılıq etdiyi nümayəndə heyəti  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri ilə birlikdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər.

Ziyarət zamanı qonaqlar muzeyin direktoru akademik Rafael Hüseynovla görüşüblər.

Görüşdə “İstiqlal zalı”nın tarixi haqqında məlumat verən akademik Rafael Hüseynov qeyd edib ki, ekspozisiyada xalqımızın diplomatiya tarixində müstəsna xidmətləri olmuş görkəmli siyasi xadim Əlimərdan bəy Topçubaşovun da xatirəsi anılır, onun Parisin Sen-Klu qəbirstanlığından gətirilən başdaşı sərgilənir.

Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanın qüdrətli sənətkarı Hüseyn Cavid irsindən bəhs edən direktor müəllifi olduğu “Əbədi Cavid” kitabını Türkiyə Respublikasının Konstitusiya Məhkəməsinin sədri Kadir Özkayaya hədiyyə edib.

Qonaqlar Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyətinin təqdimi zamanı əsasən Mahmud Kaşğarinin “Divanü lüğət-üt Türk”, Yusif Xas Hacib Balasaqunlunun “Qutadqu-bilik”, eləcə də dahi şair Nizami Gəncəvi və digər sənətkarların həyat və yaradıcılığı ilə maraqlanıblar.

Filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova ziyarətçilərə muzeyin ekspozisiyasında əks olunan qədim zamanlardan müasir dövrədək Azərbaycan ədəbiyyatının keçdiyi tarixi yol haqqında ətraflı məlumat verib.

Nizami Muzeyindən xoş təəssüratla ayrılan Kadir Özkaya sonda “Rəy kitabı”na ürək sözlərini və təəssüratlarını yazaraq akademik Rafael Hüseynova təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: