Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şərqşünas alim Özbəkistan saytında 20 Yanvar faciəsindən yazdı
20.01.2022 20:32
  • A-
  • A
  • A+

Şərqşünas alim Özbəkistan saytında 20 Yanvar faciəsindən yazdı

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı Özbəkistanın interpress.uz saytında 1990-cı il 20 Yanvar faciəsindən yazıb.

Rus dilində dərc olunan “Трагедия «20 Января» 1990-го года: путь к независимости азербайджанского народа” (“1990-cı ilin 20 Yanvar faciəsi: Azərbaycan xalqının müstəqillik yolu”) məqaləsində faciəvi hadisələr barədə ətraflı məlumat verilir və xalqımızın müstəqilliyə doğru keçdiyi yolun məhz bu hadisələrdən keçdiyi qeyd edilir. Məqalədə 1990-cı ilin yanvar günlərində Bakıda, Neftçalada, Lənkəranda sovet ordusunun cinayətləri faktlarla göstərilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: