Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  BƏYANATLAR

AMEA-da müşavirə keçirilib, Kərim Şükürovun istefası qəbul olunmayıb
21.01.2022 17:51
  • A-
  • A
  • A+

AMEA-da müşavirə keçirilib, Kərim Şükürovun istefası qəbul olunmayıb

Bu gün AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin sədrliyi və vitse-prezidentlərin iştirakı ilə müşavirə keçirilib.

Tədbirdə qeyd olunub ki, Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov bu gün vəzifəsindən istefa verməsi ilə bağlı AMEA rəhbərliyinə rəsmi ərizə ilə müraciət edib. Müşavirədə məsələ müzakirə edilib və Kərim Şükürovun istefa ərizəsi qəbul olunmayıb. Beləliklə, onun fəaliyyətini davam etdirməsi məqsədəuyğun hesab edilib.

Qərara alınıb ki, professor Kərim Şükürov Tarix İnstitutunun baş direktoru vəzifəsində fəaliyyətini davam etdirsin və mövcud nöqsanları özü aradan qaldırsın.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: