Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Alxantəpə yaşayış yeri - Leylatəpə ənənəsi” adlı kitabın elektron versiyası təqdim olunub
24.01.2022 15:34
  • A-
  • A
  • A+

“Alxantəpə yaşayış yeri - Leylatəpə ənənəsi” adlı kitabın elektron versiyası təqdim olunub

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Tufan Axundovun “Alxantəpə yaşayış yeri - Leylatəpə ənənəsi” adlı kitabının elektron versiyası təqdim olunub.

Sözügedən vəsaitdə Qafqazın metal dövrünə keçidin başlanğıcı hesab edilən, Ağdam rayonu ərazisində yerləşən “Leylatəpə mədəniyyəti” ənənəsini özündə cəmləşdirən mühüm abidələrindən biri - Alxantəpə yaşayış yerindən aşkar edilən tikili, məişət və təsərrüfat qalıqları, dəfn və inanclarla bağlı tapıntılar haqqında məlumat verilir. Bununla yanaşı, aparılmış arxeoloji qazıntıların ardıcıl təsnifatı, qazıntı sahəsində öyrənilən tikinti qatlarının planları və foto-təsvirləri nəşrdə yer alıb.

Abidədə qazıntılar zamanı əldə edilən maddi-mədəniyyət nümunələrinin Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi fondunda saxlanılan kolleksiyasının qrafik və rəngli foto-təsvirləri, inventar siyahısı təqdim olunur.

Müəllif eyni zamanda, Alxantəpə yaşayış yerinin Leylatəpə ənənəsi daxilindəki yeri haqqında öz fikirlərini vurğulayır.

Kitabın elektron versiyası arxeoloqlar, tarixçilər və sənətşünaslar üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: