Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Şərq fəlsəfəsi problemləri” jurnalının növbəti sayı çap olunub
24.01.2022 15:13
  • A-
  • A
  • A+

“Şərq fəlsəfəsi problemləri” jurnalının növbəti sayı çap olunub

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda beynəlxalq elmi-nəzəri jurnal olan “Şərq fəlsəfəsi problemləri” jurnalının növbəti (№ 24) sayı çap olunub.

Jurnal dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümünə həsr edilib.

Nəşrdə Zümrüd Quluzadənin “Nizami Gəncəvi”, Adil Əsədovun “Nizaminin Xəmsəsi ətrafında fəlsəfi improvizasiyalar: İsgəndərnamə”, H.Haluk Erdemin “Nizami Gencevi düşüncesinde medeniyet problemi”, Faiq Ələkbərlinin “Nizami Gəncəvinin irsində türklük və insanlıq məsələləri” və digər məqalələr yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: