Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Orta məktəblərin 6-11-ci sinifləri üçün atlasın yeni nəşri çapdan çıxıb
25.01.2022 12:04
  • A-
  • A
  • A+

Orta məktəblərin 6-11-ci sinifləri üçün atlasın yeni nəşri çapdan çıxıb

Orta ümumtəhsil məktəbləri üçün dərs vəsaiti olan atlasın yeni nəşri Azərbaycan və rus dilində çapdan çıxıb.

6-11-ci siniflər üçün nəzərdə tutulan dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil  İnstitutu və AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının qərarı ilə tövsiyə və təsdiq edilib. Baş redaktoru mərhum akademik Ramiz Məmmədovun olduğu atlasın xüsusi məzmununun hazırlanması Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov və digərlərinə aiddir.

Dərs vəsaiti coğrafi məkan, təbiət, cəmiyyət və Azərbaycan Respublikası başlıqları ilə 4 hissədən ibarətdir. Coğrafiya fənni üzrə yeni proqram əsasında hazırlanan atlasa Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü əsasında əlavə olunan xəritələr daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: