Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.02.2022 10:08
  • A-
  • A
  • A+

Professor Məryəm Seyidbəyli DOST Agentliyində “Gümüşü irs” təlim kursunda fəal iştirakına görə təltif edilib

Professor Məryəm Seyidbəyli DOST Agentliyində “Gümüşü irs” təlim kursunda fəal iştirakına görə təltif edilib

AMEA-nın Elm Tarixi İnstitutunun (ETİ) baş direktoru, tarix elmləri doktoru, professor Məryəm Seyidbəyli DOST Agentliyində “Gümüşü irs” təlim kursunda təlimçi-ekspert qismində fəal iştirakına görə təltif edilib.

20 minədək şəxsi əhatə edən layihə yaşlıların rifah halının yaxşılaşdırılmasına töhfə verməklə hökumətin fəal və sağlam yaşlanmanın təşviqi istiqamətində göstərdiyi səylərə dəstək vermək məqsədini daşıyıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə Dövlət Statistika Komitəsi, ASAN Xidmət, DOST Agentliyi və “Üçüncü Bahar” İctimai Birliyi ilə sıx əməkdaşlıq şəraitində icra edilib.

Qeyd edək ki, “Gümüşü İrs” təlimləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondunun “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində təşkil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: