Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.07.2026 11:00
  • A-
  • A
  • A+

Folklor İnstitutunun gənc əməkdaşı Vikimedia Ukrayna tərəfindən sertifikatla təltif olunub

Folklor İnstitutunun gənc əməkdaşı Vikimedia Ukrayna tərəfindən sertifikatla təltif olunub

AMEA-nın Folklor İnstitutunun Rəqəmsal folklor və süni intellekt şöbəsinin mütəxəssisi Nigar Abdullayeva Vikimedia Ukrayna, Ukrayna İnstitutu və Ukrayna Xarici İşlər Nazirliyinin birgə təşkil etdiyi VI Ukraine's Cultural Diplomacy Month on Wikipedia 2026 beynəlxalq layihəsində iştirak edib.

Nigar Abdullayeva Ukrayna folkloru, mədəniyyəti və tarixi ilə bağlı məqalələri Azərbaycan dilli Vikipediyada tərcümə edib yerləşdirdiyinə və Ukrayna mədəniyyətinin tanıdılmasına verdiyi töhfəyə görə Vikimedia Ukrayna tərəfindən sertifikatla təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: