Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.02.2022 16:35
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunun gənc alimləri təltif olunublar

Aşqarlar Kimyası İnstitutunun gənc alimləri təltif olunublar

2 Fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun YAP ərazi təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurası və Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib.

İclasda institutun baş direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, bütün dövrlərdə dövlətin gənclərə diqqət və qayğısı olub. O vurğulayıb ki, gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var: “Dövlətin gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə daha da inkişaf edir. Bu gün Azərbaycanda gəncliyin potensialına böyük önəm verilməsi, onların qayğı və problemlərinin həll olunması, istək və arzularının reallaşması üçün hər cür əlverişli şərait var”.

Akademik qeyd edib ki, 44 günlük Vətən müharibəsində Zəfərin qazanılmasında gənclərimizin böyük rolu olub. O elm sahəsində gənc alim və mütəxəssislərə böyük ehtiyac olduğunu, elmin parlaq sabahının məhz indi yetişən gənclərin istedad və bacarıqlarından aslı olduğunu diqqətə çatdırıb.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay İsmayılova bildirib ki, istər ölkə, istərsə də AMEA səviyyəsində gənclərin inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb. Bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Gəncliyə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. Dövlətimizin bütün sahələrdə həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət nəticəsində Azərbaycan gəncliyi xoşbəxt və firavan gələcəyə doğru addımlamaqdadır.

İnstitutun icraçı direktoru dosent Əfsun Sucayev, İnstitut YAP ərazi təşkilatının sədr müavini Səbiyə Osmanova gənclərə öz tövsiyələrini veriblər.

Tədbirin sonunda gənc alim və mütəxəssislərin elmi-ictimai fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub və 2021-ci il üzrə fərqlənən gənclər diplomlarla təltif olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: