Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.02.2022 15:20
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü İdeal Nərimanovun 95 illik yubileyinə həsr olunan konfrans keçirilib

AMEA-nın müxbir üzvü İdeal Nərimanovun 95 illik yubileyinə həsr olunan konfrans keçirilib

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə mərhum alim, AMEA-nın müxbir üzvü İdeal Nərimanovun 95 illik yubileyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva bildirib ki, İdeal Nərimanov dünya şöhrətli Qafqazşünas alim, “Lenin mükafatı” laureatı Y.İ.Krupnovun rəhbərliyi ilə “Gəncəçay rayonunun arxeoloji abidələri” mövzusunda namizədlik, 1982-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib. Qeyd edib ki, böyük alim və cəfakeş insan İdeal Nərimanov R.M.Munçayevlə birlikdə Şimali Mesopotamiyanın Sincər vadisində Yarımtəpə qədim yaşayış yerində geniş qazıntı işləri aparıb, Xələf və Übeyd mədəniyyətinə mənsub abidələri öyrənib.

Sonra Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidovun “Mənəvi ömrün çalarları: görkəmli tarixçi-arxeoloq İdeal Nərimanovun həyatı və fəaliyyəti haqqında” adlı məruzəsi dinlənilib. Məruzəçi AMEA-nın müxbir üzvü İdeal Nərimanovun 95 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfransın vacib olduğunu və məruzələrin kitab şəklində çap ediləcəyini söyləyib.

Plenar iclasda çıxış edən institutun şöbə müdiri, professor Hidayət Cəfərovun “Əməlləri də adı kimi İdeal olan alim haqqında”, t.ü.f.d. Vəfa Mahmudovanın “Nərimanovun elmi fəaliyyəti tanınmış tədqiqatçıların gözü ilə xatirələrdə” adlı məruzəsi və t.e.d., professor Əsədulla Cəfərovun alimin yaradıcılığı haqqında fikirləri dinlənilib.

Plenar iclasdan sonra çıxışlar seksiyalar üzrə davam etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: