Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

15.02.2022 10:25
  • A-
  • A
  • A+

Tarix Muzeyində “Xarıbülbül - Şuşanın simvolu” adlı ustad dərslərinə start verilib

Tarix Muzeyində “Xarıbülbül - Şuşanın simvolu” adlı ustad dərslərinə start verilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Xarıbülbül - Şuşanın simvolu” adlı ustad dərsləri keçirilib.

Tədbir Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq təşkil edilib.

Ustad dərslərində Bakı İstanbul Liseyinin Azərbaycan dili, rus dili, ingilis dili bölmələrinin şagirdləri iştirak ediblər. Dərslər nəzəri və praktiki hissələrdən ibarət olub. Dərsin birinci hissəsində muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Nigar Əhmədli xarıbülbül haqqında məlumat verib.

Dərsin ikinci hissəsində isə çiçək şəkilli pazl yığılıb, gipsdən hazırlanmış fiqur üzərində rəngli boya ilə xarıbülbül çiçəyinin çəkilmə və rənglənmə qaydası öyrədilib.

Sonra H.Z.Tağıyevin ev-muzeyinə, “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” sərgisinə ekskursiyalar təşkil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: