“AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin Bakı şəhəri, Kazımağa Kərimov küçəsi, 221 ünvanında tikintisi nəzərdə tutulan qeyri-yaşayış binalarının yerləşəcəyi ərazinin şəhərsalma əsaslandırılması layihəsi Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 11 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilib.
Bu məqsədlə YT Parkın Baş planı əsas tutularaq istifadəsinə verilən ərazidə müəyyən tədbirlər görülüb. Belə ki, YT Parkın ərazisinin daha səmərəli şəkildə istifadəsi və rezident müəssisələrə təqdim edilməsi məqsədilə işlər icra olunub.
Bununla əlaqədar olaraq istifadə müddəti bitmiş və aktlaşdırılaraq balansdan çıxarılmış tikililərin, o cümlədən avadanlıq və qurğuların kompektləşdirilməsi ilə yanaşı, sökülməsi və ərazidən daşınması işləri həyata keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.