Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.08.2026 13:32
  • A-
  • A
  • A+

Arxeoloji Dərnəyin Bülleten layihəsi üzrə müsahibə mərhələsinin ikinci hissəsi uğurla keçirilib

Arxeoloji Dərnəyin Bülleten layihəsi üzrə müsahibə mərhələsinin ikinci hissəsi uğurla keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Muzey-Sərgi zalında Arxeoloji Dərnəyin Bülleten layihəsi üzrə müsahibə mərhələsinin ikinci hissəsi uğurla keçirilib.

Müsahibələr həm əyani, həm də onlayn formatda təşkil olunub. Onlayn format bölgələrdə yaşayan və müxtəlif səbəblərdən əyani şəkildə iştirak edə bilməyən namizədlərin də müsahibə prosesinə qoşulmasına imkan yaradıb. Bununla da bütün namizədlər üçün seçim prosesində bərabər iştirak şəraiti təmin edilib.

Müsahibə çərçivəsində namizədlərin Bülleten layihəsində fəaliyyət göstərmək üçün tələb olunan bilik və bacarıqları, tədqiqat sahəsinə maraqları, məsuliyyətlilik səviyyələri, analitik yanaşmaları, komanda ilə əməkdaşlıq qabiliyyətləri və redaksiya işinə uyğunluqları dəyərləndirilib. Bununla yanaşı, onların layihəyə baxışları, gələcək fəaliyyət planları və Bülletenin inkişafına verə biləcəkləri töhfələr barədə ətraflı müzakirələr aparılıb.

Müsahibələr AMEA Arxeologiya və Antropologiya İnstitutunun Elmi ekspozisiyanın təşkili şöbəsinin müdiri, Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi Orxan Zamanov, Arxeoloji Dərnəyin sədri və Bülletenin redaktoru Könül İbrahimli, Arxeoloji Dərnəyin katibi və Bülletenin məsul katibi Nəzrin Quliyeva, Bülleten layihəsini həyata keçirən Nəşrlər və beynəlxalq əlaqələr qrupunun rəhbəri İsmayıl Həsənov və Bülletenin elmi redaksiya heyətinin üzvü Famil Vəliyev tərəfindən aparılıb.

Namizədlərin qarşılanması, qeydiyyatı və müsahibə prosesinə yönləndirilməsi Arxeoloji Dərnəyin İdarə Heyətinin üzvü, Media və ictimaiyyətlə əlaqələr qrupunun rəhbəri Leyla Xalıqova tərəfindən həyata keçirilib. Müsahibə prosesi təşkilati baxımdan planlı şəkildə təşkil olunub, iştirakçıların rahat və səmərəli şəkildə seçim mərhələsində iştirak etmələri üçün bütün zəruri şərait yaradılıb.

Qiymətləndirmənin yekununda uğur qazanan namizədlər layihənin redaksiya heyətinə cəlb olunacaq və Bülletenin gələcək nömrələrinin hazırlanmasında yaxından iştirak edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: