Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

16.02.2022 12:26
  • A-
  • A
  • A+

Tarix Muzeyinə Xalq artisti Yaşar Nurininin şəxsi əşyaları təhvil verilib

Tarix Muzeyinə Xalq artisti Yaşar Nurininin şəxsi əşyaları təhvil verilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə tanınmış kino ustası, Xalq artisti Yaşar Nurininin şəxsi əşyaları təhvil verilib.

Toplanan materiallar arasında “Humay” mükafatı, “Simurq” Milli Mükafat fondunun diplomu, M.Əzizbəyov adına Dövlət Dram Teatrının vəsiqəsi, Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin vəsiqəsi, yubiley dəvətnamələri, müxtəlif film və tamaşalarda rol aldığı səhnələrdən çəkilmiş şəkillər yer alır.

Görkəmli sənətkarın şəxsi əşyaları muzeyin Sənədli Mənbələr Elmi Fond şöbəsinin müdiri Esmira Rəhimova və şöbənin əməkdaşı Nərmin Bağırova vasitəsilə muzeyə təhvil verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: