Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.02.2022 12:40
  • A-
  • A
  • A+

Dilçilik İnstitutu ilə Pedaqoji Universitetin Müasir Azərbaycan dili kafedrası arasında memorandum imzalanıb

Dilçilik İnstitutu ilə Pedaqoji Universitetin Müasir Azərbaycan dili kafedrası arasında memorandum imzalanıb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə “Ana dilim! Bu dünyanın yaşı qədər tarixin var!” adlı tədbir keçirilib.

Tədbirdə universitetin rəhbərliyi, prorektorlar, dekanlar, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, icraçı direktoru, dosent Baba Məhərrəmli, elmi katib, dosent Aynel Məşədiyeva iştirak ediblər.

Bədii hissədə fakültədə fəaliyyət göstərən “Meh ədəbi dərnəyi”nin üzvləri ədəbi-bədii kompozisiya ilə çıxış edərək Azərbaycan, ingilis, fransız, alman və rus dillərində ana dilinə aid şeirlər səsləndirib, mahnılar ifa edib, o cümlədən C.Məmmədquluzadənin “Anamın kitabı” əsərindən səhnə təqdim ediblər. Həmçinin tədbir iştirakçıları fakültənin alimlərinin elmi əsərləri ilə tanış olublar.

Tədbirdə fakültədə fəaliyyət göstərən “Meh” ədəbi dərnəyinin üzvləri ədəbi-bədii kompozisiya ilə çıxış edərək Azərbaycan, ingilis, fransız, alman və rus dillərində ana dilinə aid şeirlər söyləyib, mahnılar oxuyub, Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərindən səhnə təqdim ediblər. Həmçinin tədbir iştirakçıları fakültənin alimlərinin elmi əsərləri ilə tanış olublar.

ADPU-nun rektoru professor Cəfər Cəfərov bildirib ki, ölkəmizdə Azərbaycan dilinin inkişafı ən vacib məsələlərdən biri kimi daim diqqətdə saxlanılır. Məhz bu diqqətin nəticəsi kimi Filologiya fakültəsində də davamlı tədqiqatlar aparılır, dilimizin təbliği istiqamətində müntəzəm işlər görülür. Dilçi alimlərimizin fəaliyyətləri, ictimai rəydə iştirakları təqdirəlayiqdir.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli çıxışında ADPU-da dilçilik sahəsində aparılan ardıcıl fəaliyyət və təşəbbüskarlığı xüsusi qeyd edib.

Tədbir çərçivəsində ADPU-nun Müasir Azərbaycan dili kafedrası ilə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Hüseynova qeyd edib ki, memorandum Dilçilik İnstitutu ilə mövcud əlaqələrin daha da genişlənməsinə, universitetdə Azərbaycan dilinin tədrisi səviyyəsinə və aparılan tədqiqatlara əlavə stimul yaranmasına səbəb olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: