Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.02.2022 10:38
  • A-
  • A
  • A+

Sabahın tədqiqatçıları iki beynəlxalq müsabiqədə I dərəcəli diploma layiq görülüb

Sabahın tədqiqatçıları iki beynəlxalq müsabiqədə I dərəcəli diploma layiq görülüb

2021-2022-ci tədris ilində də icrası uğurla həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərovanın elmi rəhbərliyi ilə tədqiqat aparan Naxçıvan şəhər 9 №-li tam orta məktəbin XI sinif şagirdi Səmayə Rəsulova “Vremya Znaniy” Ümumrusiya məktəbli olimpiadasında “Literatura” (Dünya ədəbiyyatı – XI sinif) istiqaməti üzrə, “Erudit” onlayn beynəlxalq müsabiqəsinin “Literatura i teoriya” mövzusu üzrə onlayn müsabiqələrin I dərəcəli diplom və medallarına layiq görülüb.

Bölmənin sözügedən institutunun elmi rəhbərliyi ilə tədqiqat aparan daha bir Naxçıvan məktəblisi - 12 №-li tam orta məktəbin X sinif şagirdi Sabirə Seyidova isə “Erudit” onlayn beynəlxalq müsabiqəsinin “Favourite English” (“Söz birləşmələri və idiomlar” istiqaməti üzrə) I dərəcəli diplom və medalı ilə mükafatlandırılıb.

Qeyd edək ki, şagirdlər mütəmadi olaraq elmi rəhbərləri ilə görüşərək əldə etdikləri araşdırmaların nəticələrini müzakirə edir, gələcək işlərlə bağlı məsləhətlər alırlar. “Müasir Naxçıvan ədəbiyyatında müharibə mövzulu əsərlərin dil-üslub xüsusiyyətləri” mövzusunda araşdırma aparan S.Rəsulova elmi rəhbəri ilə birlikdə mütəmadi olaraq bu mövzuda əsərlər yaradan yazarlarla müzakirələrdə iştirak edir.

Məktəblilərdə düzgün tədqiqat aparmaq bacarıqları formalaşdırdığına, uğurlu elmi rəhbərliyinə görə L.Səfərova hər iki müsabiqənin münsiflər heyəti tərəfindən diplom və medalla təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: