Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.02.2022 17:08
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasının iclası keçirilib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şuranın növbəti iclası keçirilib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Dilqəm Tağıyev iclası giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Gündəlikdə duran ilk məsələ müəssisə əməkdaşlarının 1-11 fevral 2022-ci il tarixlərində keçirilmiş attestasiyasının nəticələrinin şura üzvlərinə çatdırılması olub.

Akademik Dilqəm Tağıyev attestasiya komissiyasının üzvlərinə təşəkkür edərək attestasiyanın obyektiv aparıldığını bildirib və nəticələri diqqətə çatdırıb.

Gündəlikdə duran növbəti məsələ müəssisənin magistrantlarının attestasiyası ilə bağlı olub.

Məsələ ilə bağlı çıxış edən Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı bildirib ki, müəssisədə beş ixtisas üzrə 16 magistrant təhsil alır, onlardan doqquzu I kurs, yeddisi II kursdur: “Magistr dissertasiyalarının yerinə yetirilməsi üzrə vəziyyət qənaətbəxşdir. İkinci kurs magistrantlar mövzuları üzrə məqalə və tezislər çap etdiriblər. Bütün magistrantlar attestasiyadan keçmiş hesab olunublar”.

Akademik Dilqəm Tağıyev öz növbəsində magistr və doktorant hazırlığının önəminə toxunub, gəncləşmə siyasətinə uyğun olaraq, bacarıqlı gənclərin işlə təminatının zəruriliyini vurğulayıb.

Daha sonra D.Tağıyev, Q.Kəlbəliyev və M.Manafovun hazırladıqları “Reology of structured oil Emulsion” (London: Intech Open) adlı monoqrafiyanın Dövlət mükafatına təqdim edilməsi haqqında təklif irəli sürülüb və müvafiq qərar qəbul olunub.

Sonda institutun fəaliyyəti ilə bağlı bir sıra digər məsələlərə baxılaraq uyğun qərarlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: