Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.03.2022 14:06
  • A-
  • A
  • A+

Seysmoloji Mərkəzdə Ümumdünya Mülki Müdafiə günü qeyd olunub

Seysmoloji Mərkəzdə Ümumdünya Mülki Müdafiə günü qeyd olunub

1 Mart - Ümumdünya Mülki Müdafiə Günü münasibəti ilə AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) “Təbii fəlakətlər və böhranlar zamanı köçkün əhalinin mülki müdafiəsi və idarə edilməsi: Könüllülərin rolu və pandemiya ilə mübarizə” mövzusunda tədbir keçirilib.

RSXM-nin icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov tədbirdə çıxış edərək Ümumdünya Mülki Müdafiə Gününün təsis edilməsi və dünya ölkələrində bu sahədə həyata keçirilən tədbirlər haqqında məlumat verib. Azərbaycanda Mülki Müdafiə sahəsində görülən işlərdən danışan icraçı direktor hadisələrdən və təbii fəlakətlərdən heç kimin sığortalanmadığını qeyd edərək, mülki müdafiə tədbirlərinin görülməsinin zəruriliyindən danışıb.

RSXM - nin Mülki Müdafiə Qərargahının rəisi Cahid Hüseynov bildirib ki, Mülki Müdafiə tədbirləri zamanı əhalinin təhlükəli sahələrdən və təhlükəli ərazilərdən vaxtında təhlükəsiz zonalara çıxarılması fövqəladə halların təsirindən törəyən tələfatı maksimum dərəcədə azaltmağa imkan verir. Mülki müdafiə tədbirləri çərçivəsində kütləvi qırğın silahlarının tətbiq edilməsi, həmçinin təbii fəlakətlər və güclü istehsalat qəzalarının baş verməsi ehtimalları nəzərə alınmaqla planlaşdırılmalı, yaranmış vəziyyətdən asılı olaraq köçürülmə işlərinin müvafiq variantda yerinə yetirilməsi nəzərdə tutulmalıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: