Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.03.2022 15:45
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunda 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

İqtisadiyyat İnstitutunda 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

AMEA-nın İqtisadiyyat 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Təbii fəlakətlər və böhranlar zamanı köçkün əhalinin mülki müdafiəsi və idarə edilməsi: könüllülərin rolu və pandemiya ilə mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

İnstitutun Fövqəladə Hallar Komissiyasının sədri Allahyar Muradov mülki müdafiənin əhəmiyyəti, ehtimal olunan fövqəladə hadisələr, fövqəladə halların qarşısının alınması sahəsində komissiya üzvlərinin üzərinə düşən vəzifələr, bu istiqamətində biliklərin daim təkmilləşdirilməsinin vacibliyi barədə danışıb.

Sonra sözügedən müəssisənin Mülki Müdafiə Qərargahının rəisi Vilayət Ramazanov Mülki Müdafiə Gününün yaranma tarixi haqqında ətraflı məlumat verib. Qeyd edib ki, ölkəmizdə təhlükəsiz cəmiyyət şəraitinin formalaşması ilə bağlı görülən işlərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə sisteminin rolu danılmazdır. V.Ramazanov baş verə biləcək fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması və mülki müdafiə qüvvələrinin funksional vəifələrinin icrası barədə danışıb, maarifləndirici xarakterli məlumatlar verib.

Toplantıda fövqəladə hadisələrin profilaktikasına həsr olunmuş maarifləndirici xarakterli videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: