Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.05.2024 09:48
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda Müstəqillik gününə həsr olunmuş tədbir keçirilib

Radiasiya Problemləri İnstitutunda Müstəqillik gününə həsr olunmuş tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda Müstəqillik gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən institutun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev 28 May-Müstəqillik Günündən, bu günün tarixi əhəmiyyətindən, milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən danışmışdır.

Daha sonra çıxış edən institutun icraçı direktoru fizika üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva bildirib ki, Şərqdə yaranmış ilk demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı olmuşdur və müstəqil, demokratik dövlətçilik ənənələrinin, milli ruhun formalaşmasında AXC-nin rolu olduqca böyükdür. Artıq 4 ildir ki, biz bu bayramı qalib xalq kimi qeyd edirik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: