Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.05.2024 10:07
  • A-
  • A
  • A+

Gəncə Bölməsində Müstəqillik gününə həsr olunmuş dəyirmi masa keçirilib

Gəncə Bölməsində Müstəqillik gününə həsr olunmuş dəyirmi masa keçirilib

AMEA-nın Gəncə Bölməsində 28 May - Müstəqillik Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Gəncənin mərkəzindəki abidəsini ziyarət edib, önünə tər güllər düzərək, müstəqil Azərbaycanın memarının əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Gəncə Bölməsinin müşavirə salonunda keçirilən tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev tədbiri giriş nitqi ilə açaraq 1918-ci ildə Şərqdə ilk demokratik dövlət kimi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bağlı olan 28 May - Müstəqillik Gününün tariximizin ən şərəfli səhifələrindən olduğunu bildirib. Akademik Fuad Əliyev Ulu Öndər Heydər Əliyevin daim xalqımızın azadlıq və istiqlaliyyətimizin əldə olunması uğrunda mübarizəsinin tarixi təcrübəsinin öyrənilməsi və ondan lazımi nəticələr çıxarılması məsələlərinə, Xalq Cümhuriyyətimizin varisliyi prinsiplərinə xüsusi diqqət verdiyini qeyd edib və müasir dövrümüzdə onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin suverenliyimizin və ərazi bütövlüyümüzün tam və qəti şəkildə bərqərar olunması yönündə tarixi vəzifəni uğurla gerçəkləşdirdiyini və bununla dünya miqyasında Azərbaycanın gücünü və nüfuzunu təsdiq etdiyini vurğulayıb.

Akademik Fuad Əliyev, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin tədqiqi məsələləri haqqında danışaraq, AMEA Gəncə Bölməsi tərəfindən bu mövzuya, xüsusən Cümhuriyyətin Gəncə səhifələri və bu şəhərdən olan xadimləri haqqında xeyli sayda monoqrafiya və digər elmi ədəbiyyat çap edildiyini qeyd edib. 

Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sənubər Qocayeva çıxışında 28 May Müstəqillik Gününə həsr edilmiş görüşü Gəncənin alim və tədqiqatçılarının tariximizin öyrənilməsinə daha bir töhfəsi kimi dəyərləndirib. O, həmçinin müstəqil Azərbaycanın əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini bildirib və ölkəmizin daha işıqlı gələcəyi naminə hər birimizin fəal çalışmalı olduğunu qeyd edib.

Sonra dəyirmi masanın məruzələri dinlənilib.

Alim və tədqiqatçılar “Cümhuriyyətimiz Azərbaycanın tarixi sərvətidir”, “İrəvanın ermənilərə verilməsi-Cümhuriyyət liderlərinin səhvi, yoxsa məcburiyyət”, “Azərbaycan və Türkiyənin İstiqlalına töhfə vermiş Hüsaməddin Tuğac”, “Xalq Cümhuriyyəti və Gəncə”, ”Gəncənin cümhuriyyət şairləri”, “Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarifçilik”, “Azərbaycan Xalq Cümhuriyyət diplomatları” mövzularında məruzə ediblər.

Məruzələr və digər çıxışlar ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: