Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

İmişli və Saatlı rayonlarında bir sıra arxeoloji abidələrin dövlət qeydiyyatına alınması üçün fikir mübadiləsi aparılıb
02.03.2022 09:58
  • A-
  • A
  • A+

İmişli və Saatlı rayonlarında bir sıra arxeoloji abidələrin dövlət qeydiyyatına alınması üçün fikir mübadiləsi aparılıb

“Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış daşınmaz tarix və mədəniyyət abidələrinin yeni siyahısının tərtib və təsdiq edilməsi istiqamətində işlər davam etdirilir.

Bu məqsədlə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Azərbaycanın arxeoloji abidələrinin toplusu sektorunun müdiri, t.ü.f.d., dos. Mikayıl Mustafayev və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin aparıcı məsləhətçisi Yusif Hüseynov, İmişli və Saatlı bölgəsi üzrə abidələrin mühafizəçisi Mir Elçin Umudov və Əlbaba Əliyevin iştirakı ilə İmişli ərazisini əhatə edən abidələrə (Qalaca yaşayış yeri, Yeddi təpə kurqanları, Qızıltəpə, Muxortəpə abidələri), həmçinin Saatlı ərazisindəki mədəniyyət nümunələrinə (Cəfərxan nekropolu, Azadkənd nekropolu, I,II və III Qaralar nekropolları) yenidən baxış keçirilib. Abidələrin qeydə alınmasında olan problemlər müzakirə edilib, dövlət qeydiyyatına götürüləcək arxeoloji abidələr haqqında rəylər hazırlanıb, rayonlarda yeni müəyyən edilmiş arxeoloji abidələrin dövlət qeydiyyatına alınması üçün fikir mübadiləsi aparılıb.

Qeyd olunan bir sıra abidələrdə, xüsusilə Saatlı bölgəsində müvafiq tədqiqat işlərinin, arxeoloji qazıntıların aparılmaması nəzərə alınaraq, bu prosesə başlamağın vacibliyi diqqətə çatdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: