Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.03.2022 18:00
  • A-
  • A
  • A+

Mikrobiologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasına yeni sədr seçilib

Mikrobiologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasına yeni sədr seçilib

AMEA-nın Mikrobiologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) iclası keçirilib.

Tədbiri giriş sözü ilə institutun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov və b.e.d., dosent Könül Baxşəliyeva açıblar.

Sonra iclasda müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədr və müavini vəzifəsinə seçki keçirilib. Səsvermə yolu ilə elmi işçi Almaz Həsənova şuranın sədri, kiçik elmi işçi Aytən Əliyeva isə sədrin müavini seçilib.

Qeyd edək ki, iclasda AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun GAMŞ sədri Tərlan Yelmarlı və İnformasiya Texnologiyalari İnstitutunun GAMŞ sədri Aysən Fərəcova da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: