Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.03.2022 19:52
  • A-
  • A
  • A+

Fizika İnstitutunda Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Fizika İnstitutunda Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

AMEA-nın Fizika İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. 

Tədbirdə çıxış edən AMEA-nın birinci vitse-prezidenti v.i.e., müəssisənin baş direktoru, akademik Arif Həşimov Fizika İnstitutunda çalışan xanımları, eləcə də onların timsalında Akademiyanın bütün qadın əməkdaşlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıb. O, Azərbaycan xanımın hər zaman örnək olduğunu, onlara yüksək diqqət göstərildiyini vurğulayıb. Akademik Arif Həşimov qadınların elmdə, cəmiyyətdə böyük rolunun olduğunu, onların iqtisadi, ictimai və siyasi mübarizəsini, qadınlara qarşı nəzakət, sevgi və məhəbbət tərənnümünün vacibliyini xüsusi qeyd edib. AMEA-da çalışan alim xanımlarımızın Azərbaycan elminin inkişafında müstəsna rol oynadıqlarını söyləyib.

Tədbirdə çıxış edən digər natiqlər də əlamətdar günün əhəmiyyətindən danışıb və xanımlarımızı səmimi qəlbdən təbrik edərək, onlara ən xoş arzularını çatdırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: